AZ

Sibiqa: Aİ sammiti Avropanın fəaliyyət mərhələsinə keçdiyini göstərdi...

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Aİ liderlərinin Brüsseldə keçirilən son sammitini şərh edərkən, Avropanın konsolidasiya mərhələsindən fəaliyyət mərhələsinə keçdiyini bəyan edib...

Poliqon xəbər verir ki, Ukraynanın xarici işlər naziri bu barədə X sosial şəbəkəsində yazıb.

Avropa İttifaqının bugünkü sammiti nümayiş etdirdi ki, biz konsolidasiya və birlik mərhələsindən fəaliyyət mərhələsinə keçmişik. Avropa öz müdafiəsini, təhlükəsizliyini və sülhünü təmin etmək üçün fəaliyyət göstərir”, deyə Sibiqa vurğulayıb.

Qeyd edək ki, martın 6-da Belçikanın paytaxtında Avropa İttifaqının fövqəladə sammiti baş tutub. Tədbirin əsas mövzuları Ukraynaya yardım və “Avropanın yenidən silahlanması” proqramının təsdiqi olub. Sonuncu təhlükəsizlik sahəsində ABŞ-dən asılılığı azaltmaq üçün zəruri olan Birliyə üzv ölkələrin hərbi potensialının artırılmasını və bu məqsədlər üçün 800 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur.

Sammitdə Aİ ölkələrinin liderləri bəyanat qəbul ediblər. Sənədə əsasən, Avropa bütün tərəfdən təhlükəsizlik çağırışlarına avtonom şəkildə cavab verməlidir. Sammit iştirakçıları həmçinin Avropa Komissiyasına icma səviyyəsində müdafiənin maliyyələşdirilməsi üçün əlavə mənbələr təklif etməyi tapşırıblar.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr