AZ

“Atəşgah Sığorta”nın İdarə Heyətinə təyinatlar olub

“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzvlər təyin olunur.

Xumar İmamverdiyeva Emil qızı və Xaqani Baxşəliyev Firdusi oğlu “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzv seçiliblər.

Bununla da “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvlərinin sayı 5-ə çatıb.

Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008 500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”ə, 27%-i “Ran-Exim” şirkətinə, 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. Səhmdarlardan “Ran-Exim” şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.

©banker.az

Seçilən
54
1
valyuta.az

4Mənbələr