AZ

FHN: Ötən sutka 95 yanğına çıxış olub, 2 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib...

Bu barədə Poliqon-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 95 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib.

Poliqon.info

Seçilən
143
49
poliqon.info

10Mənbələr