
Cənubi Koreya məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu həbsdən azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, fevral ayında prezident tərəfi Seul Mərkəzi Məhkəməsinə müvafiq vəsatət qaldırıb.
Qeyd edək ki, dekabrın 14-də parlament Yun Sok Yola qarşı impiçment elan edib.