AZ

“Onları hər yerdən qovurlar: Səbəb isə bu adamdır...”

“Bütün dünyada Fransaya olan etimad sürətlə azalmaqdadır. Bu dövləti müxtəlif beynəlxalq qurumlardan çıxarır, ordularını, nümayəndələrini müxtəlif ölkələrdən qovurlar. Bunun səbəbkarı isə Fransanın prezident Emmanuel Makron və onun yarıtmaz siyasətidir”.

Bunu Moderator.az-a açıqlamasıdna politoloq Tofiq Abbasov bildirib. Politoloq qeyd edib ki, bu gün Ermənistanın əsas himayədarı qismində çıxış edən bu şəxs, prezidentliyi müddətində ölkəsini ciddi zərbələrə məruz qoyub:

“Makron prezident seçiləndən sonra yürütdüyü siyasətlə Fransanın nüfuzuna ağır zərbələr vurdu. Dünyada Fransaya, onun ədalətinə olan inam ciddi şəkildə sarsıldı.

Makronun dönəmində Azərbaycan-Fransa münasibətləri də böyük ziyan gördü. Makron rejiminin Ermənistana göstərdiyi hərbi-siyasi yardımlar, Azərbaycan haqqında səsləndirdiyi böhtan və yalanlar Fransa-Azərbaycan münasibətlərində gərginliklər yaratdı.

Bu gün Makron nəinki digər dövlətlərdə, öz ölkəsində də ciddi narazılıqla üzləşir. Bütün bunlar Makron rejiminin yürütdüyü yanlış siyasətin göstəricisidir və bu siyasət Fransaya bundan sonra da yaxşı heç nə vəd etmir”.

Seymur ƏLİYEV

 

Seçilən
10
moderator.az

1Mənbələr