AZ

Bergüzar Korelin serialı final edir

Türkiyənin “Kanal D” telekanalının “Annem Ankara” serialı ilə bağlı qərar verilib.

“Cebheinfo.az” xəbər verir ki, ekran işi bitiriləcək.

Bu qərara səbəb layihənin son həftələrdə reytinqləri olduqca aşağı yerlərdə qərarlaşması olub. 

Çərşənbə axşamı reytinqlərdə 20-ci olduqdan sonra isə gözlənilən final qərarı verilib. 

Beləliklə, Bergüzar Korel və Mehmet Günsürün baş rollarda çəkildiyi serial 15-ci bölümü ilə ekranlara vida edəcək.

Seçilən
11
cebheinfo.az

1Mənbələr