AZ

Tramp Maskın səlahiyyətlərini məhdudlaşdırdı

ABŞ prezidenti Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) işindən məmnundur, lakin o, agentlik rəhbərindən federal qurumlarda işçilərin ixtisarı zamanı daha diqqətli olmasını istəyib.

O, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp yazısında ixtisarların zəruri olduğunu, lakin “ən yaxşı və ən məhsuldar insanları saxlamağın vacib" olduğunu vurğulayıb

Xatırladaq ki,bundan əvvəl “Politico” qəzeti siyasətçinin administrasiyasının yüksək vəzifəli üzvləri ilə görüş keçirdiyini yazıb. Görüş zamanı o, Maskın departamentlərə tövsiyələr vermək səlahiyyətinin olduğunu, lakin kadr və siyasətlə bağlı birtərəfli qərarlar qəbul etmədiyini söyləyib.

Bu, departamentin səmərəlilik departamentinin bir sıra hökumət işçilərinin kütləvi ixtisarı fonunda Demokratik qanunvericilərin və bəzi respublikaçıların məhkəmə iddiaları və tənqidləri ilə üzləşməsindən sonra baş verib.


Mənbə: unikal.az

Seçilən
11
1
unikal.az

2Mənbələr