ABŞ 240 min ukraynalının hüquqi statusunu ləğv edib, bu şəxslər ölkədən sürətli şəkildə deportasiya etməyi planlayır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” özəl mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu addımın aprel ayında həyata keçirilməsi gözlənilir. Bildirilir ki, ukraynalılarla bağlı qərar Trampın ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qarşıdurmasından əvvəl başlayıb.
Mənbələr bildiriblər ki, bu addım Tramp administrasiyasının Bayden dövründə başladılan müvəqqəti humanitar evakuasiya proqramları çərçivəsində ABŞ-yə daxil olmasına icazə verilən 1,8 milyondan çox immiqrantın hüquqi statusunu ləğv etmək səylərinin bir hissəsidir. Bayden dövründəki proqramlar Rusiya işğalından qaçan 240000 ukraynalını, 530000 kubalı, haitili, nikaraqualı və venesuelalını və Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstandan qaçan 70000-dən çox əfqanı əhatə edirdi.
Qeyd edək ki, bu iddianın ardından Ağ Evdən mövzu ilə bağlı açıqlama gəlib. Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, bu barədə hazırda heç bir qərar verilməyib.
“AzPolitika.info”