AZ

Cənubi Koreyada prezident vəzifəsindən uzaqlaşdırılan Yun azadlığa buraxıldı

Cənubi

Cənubi Koreyada fövqəladə vəziyyət elan edildikdən sonra prezident vəzifəsindən uzaqlaşdırılan və saxlanılan Yun Sok Yol azadlığa buraxıldı.

1news.az Yonhap agentliyinə istinadən xəbər verir ki, Seul Mərkəzi Region Məhkəməsi Yunun həbsi ilə bağlı etirazını qəbul edib.
Məhkəmənin qərarından sonra Yun azadlığa buraxılıb.

Qeyd edək ki, Y.S.Yol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq, yanvar ayında həbs edilmişdi.

Seçilən
82
1news.az

1Mənbələr