AZ

"Ermənistan vəziyyətdən çıxmaq üçün təxribata əl atır"- Anar Əliyev

"Ermənistan Azərbaycanla bağlı mövcud gündəliyi davamlı şəkildə təhrif edərək yeni elementlər əlavə etməyə çalışır. Bunun əsas məqsədi isə hədəfsiz silahlanmasına bəraət qazandırmaqdır."

Politoloq Anar Əliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Yəni guya Ermənistan Azərbaycanın təhdidi altındadır və bu təhdidlərdən qorunmaq üçün havadarlarından silah almağa haqlıdır. Münaqişənin tarixinə nəzər saldıqda isə aydın olur ki, Ermənistan əvvəllər də sərhəddə bu kimi təxribatlara əl ataraq yanğınlar törədib. Bu yanğınların əsas məqsədi isə minalanmış ərazilərdən qurtulmaq olub.

Bu, bir daha onu göstərir ki, Cənubi Qafqazda, Ermənistan arasında Avropa Plus missiyası heç də yaradılarkən qarşıya qoyulan, bəyanatlarda, sözlərdə ifadə edilən hədəflər üçün fəaliyyət göstərmir. Burada əsas məqsəd Avropanın və bölgəmizdən kənar güclərin Cənubi Qafqazda iştirakını təmin etmək və bu missiyanın miqyasını, üzvlərinin sayını, fəaliyyət istiqamətini, fəaliyyət sahəsini davamlı olaraq genişləndirməklə burada daha ciddi, daha perspektivli, gələcəyə yönəlmiş, çirkin və qaranlıq planlarını reallaşdırmaq siyasətidir."

Seçilən
6
news365.az

1Mənbələr