AZ

Şervoni Mabatşoev: “Hər matç bizim üçün final kimidir” - MÜSAHİBƏ

“Kəpəz”in tacikistanlı futbolçusu Şervoni Mabatşoevin İdman.biz-ə müsahibəsi

- Misli Premyer Liqasının hesabat turunda “Neftçi” ilə oyun sizin üçün yaddaqalan oldu. “Kəpəz”də ilk qolunuz həm də komandanıza qələbə gətirdi. Özünüzdən bunu gözləyirdiniz?

- Bəli, hər oyunun fərqli məqamları olur. Futbolçular da yaranan fürsətlərdən maksimum istifadə etmək istəyirlər. “Kəpəz”də ilk qolumu vurduğum üçün şadam. Gələcəkdə mümkün qədər çox fərqlənməyə çalışacam.

- Vacib 3 xal matçı necə dəyərləndirirsiz?

- Həqiqətən bu oyun bizim üçün çox vacib idi. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirdik və ona görə də bu matça yaxşı hazırlaşmışdıq. İnamlı oynadıq və belə uğur qazandığımız üçün çox şadıq.

- Cəmi iki aydır ki, “Kəpəz”dəsiniz. Artıq komandaya uyğunlaşmısız?

- Adaptasiya yaxşı keçdi. Uşaqlar məni mehriban qarşıladı. Məşqçilərə və komanda yoldaşlarıma mənə mümkün qədər tez adaptasiyama kömək etdikləri üçün təşəkkür edirəm. Yaxşı komandamız var.

- Sizcə, komandanız Premyer Liqada qala biləcək?

- Bunun üçün çalışırıq. Hər matç bizim üçün final kimidir. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq və Premyer Liqada qalmaq üçün oyunlara çox ciddi hazırlaşırıq.

- Sonda Azərbaycan çempionatı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan çempionatı çox yaxşı və rəqabətlidir. Burada yaxşı oyunçular, kifayət qədər səviyyəli legionerlər var.

Aytac Sahəd
İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr