Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastrukturlayihələrindən biri də Horadiz-Ağbənd dəmiryolu xəttinintikintisidir.
Trend xəbər verir ki, bunu “Azərbaycan DəmirYolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov deyib.
O qeyd edib ki, bu bağlantı Zəngəzur dəhlizindən istifadəimkanları verəcək.
"Belə ki, Horadiz-Ağbənd dəmiryolu xəttinin tikintisi iləparalel olaraq Naxçıvan Muxtar Respublikasında aparılan modernləşməişləri aparılır. Eyni zamanda Türkiyə ilə bağlantının təminolunması məsələləri var. Bütün bunlar Zəngəzur dəhlizininistifadəyə verilməsi üçün işlərin tərkib hissəsidir", - deyə o qeydedib.
Qeyd edək ki, artıq Horadiz–Ağbənd dəmiryol xəttində həyatakeçirilən tikinti işlərinin 62 faizi tamamlanıb. Horadiz–Ağbənddəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponentiolacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşaəlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyatxəritəsindəki mövqeyini daha da gücləndirəcək.