Ombudsman qeyd edib ki, müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilib, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılıb: "Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın insan hüquqlarına ciddi təhdid yaradan mina terroru haqqında məlumat Ombudsman tərəfindən il ərzində dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb, bəzi beynəlxalq təşkilatların həmin çağırışlara laqeyd münasibəti ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi qiymətləndirilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31