AZ

Ombudsman: "Ötən il 15 məhkum əfv edilib"

Ötən il 15 məhkum əfv edilib.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında ombudsman Səbinə Əliyeva deyib.


“Ombudsman məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına vəsatətlər göndərmiş, həmin komissiyanın iclaslarında iştirak etmişdir. Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 879, 2024-cü ildə isə 15 məhkum əfv edilmişdir.


Hüquq mədəniyyətinin yüksəldilməsi məqsədilə Ombudsman tərəfindən bütün ölkə ərazisində həyata keçirilmiş maarifləndirmə tədbirləri insan hüquq və azadlıqlarının təbliği və təşviqinə, habelə səmərəli müdafiəsinə xidmət etmişdir”,-ombudsman bildirib.

 

Firuzə Əliyeva
 

Seçilən
17
2
sfera.az

3Mənbələr