Münhen "Bavariya"sının rəhbərliyi komandanın aparıcı futbolçularından biri Yozua Kimmixi əməkdaşlığı davam etdirməyə razı sala bilib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdaiəçi ilə 2029-cu ilədək yeni müqavilə imzalanacaq.
Tərəflər arasında şifahi razılıq əldə olunub. Yaxın günlərdə rəsmi sənədlərin imzalanacağı da gözlənilir.
Kimmix PSJ-dən təklif alsa da, Almaniyada qalmağı üstün sayıb. O, cari mövsüm "Bavariya"nın heyətində 34 matç keçirib.