AZ

Aİ ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 37%-ə enib

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 37%-ə enib.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 37,17% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,21 faiz bəndi azdır.

Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 68,5 mlrd. kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.

Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 41,1 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
12
7
apa.az

10Mənbələr