AZ

2030-cu il Dünya Çempionatında 64 komanda iştirak edə bilər


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2030-cu ildə keçiriləcək dünya çempionatının iştirakçılarının sayını 64 komandaya çatdırmaq imkanını nəzərdən keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Mənbə bildirib ki, birdəfəlik genişlənmə ilk Dünya Kubokunun 100 illiyinə təsadüf edə bilər. Qeyd olunur ki, təklif FİFA prezidenti Canni İnfantinonun diqqətini cəlb edib.
2030-cu ildə dünya çempionatı altı ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək. İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.
Seçilən
23
yeniavaz.com

1Mənbələr