Ölkənin yeni administrasiyasına bağlı Suriya silahlı qüvvələri Suriyanın keçmiş prezidenti Bəşər Əsəd tərəfdarları ilə toqquşma zamanı Latakiyadakı yaşayış məntəqələrini artilleriya atəşi ilə vurur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a ştatdakı mənbə bildirib.
Agentliyin mənbəsi qeyd edib ki, Cəblə şəhəri yaxınlığında atəş səsləri “bütün gecə eşidilib”.
“Üsyançıların dəstəyi haradan aldığı bəlli deyil”,- deyə bildirilib.