AZ

Paytaxt məktəblərində pedaqoji kollektivlə görüşlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində pedaqoji kollektivlə görüşlər keçirilib.

AzEdu.az xəbər verir ki, görüşlərin keçirilməsində əsas məqsəd məktəb direktorları tərəfindən IV və VI siniflərdə son üç ildə keçirilmiş monitorinqlərin, IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrini təhlil etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində BŞTİ-nin təlimatı əsasında görüləcək işlərə nəzər salmaqdan ibarətdir.

Görüş zamanı monitorinq və buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin nəticələrinin yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək müvafiq tədbirlərdən, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən söhbət açılıb. Nəticələrə uyğun olaraq, məktəb üçün müəyyənləşdirilən hədəflər müəllimlərin diqqətinə çatdırılıb, hədəfə çatma mexanizmləri müzakirə edilib.

Həmçinin görüşdə “BilBacar” müsabiqəsi və “Cerebry” rəqəmsal platforması ilə bağlı müəllimlərə geniş məlumat verilib.  

Sonda məktəbdaxili monitorinqlərin vaxtaşırı keçirilməsi və monitorinqlər zamanı nəticələri zəif olan şagirdlərlə qrup şəklində işlərin aparılması, ümumilikdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı müəllimlərə tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən fevralın 25-də IV və VI siniflərdə son üç ildə keçirilmiş monitorinqlərin və IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş onlayn görüş keçirilib və məktəb direktorlarına müvafiq məsələlərlə bağlı məktəbdaxili müzakirələrin aparılması tapşırılıb. 

Seçilən
7
1
azedu.az

2Mənbələr