AZ

Silahlı dəstə evlərə basqın etdi: 22 nəfər öldü

Ekvadorda dəstələr arasında baş verən qarşıdurmada 20-dən çox insan ölüb.

Publika.az xəbər verir ki, Quayaquil şəhərinin Nueva Prosperina bölgəsindəki gecəqonduda dəstələr arasında toqquşma baş verib.

Qarşıdurmada 22 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, 20 nəfərlik silahlı dəstə məhəlləyə daxil olaraq bir çox evə basqın edib.

Polis bölgədə geniş təhlükəsizlik tədbirləri görüb. Bildirilir ki, hücumları "Los Tiguerones" adlı mütəşəkkil cinayətkar dəstə həyata keçirib.

Seçilən
15
publika.az

1Mənbələr