Onun sözlərinə görə, Aİ-nin digər 26 ölkəsinin liderləri Ukraynanın müharibəni davam etdirməli olduğunu düşünür.
"Macarıstan sülhün tərəfdə qalır. Biz dedik ki, müharibə davam etməməlidir və ABŞ prezidentini sülh danışıqlarında uğur qazanması üçün maksimum güclə dəstəkləməliyik", - deyə Orban vurğulayıb.
O əlavə edib ki, sammitdə təqdim olunan sənəddə Kiyevə yardımların artırılması müharibənin uzadılması məqsədilə nəzərdə tutulub. Bu isə Budapeştin sülh tərəfdarı olan mövqeyi ilə tam ziddiyyət təşkil edir.
Qeyd edək ki, 6 martda keçirilən fövqəladə Aİ sammitində yalnız Macarıstan Ukraynaya yardımın genişləndirilməsinə və ittifaqın militarizasiya planına qarşı çıxıb.
Orbanın sözlərinə görə, sammit iştirakçıları Vladimir Zelenskidən cəbhədəki vəziyyət və Ukraynanın gələcəyi barədə suallar veriblər. Avropa liderləri Vaşinqtonun daha əvvəl öz üzərinə götürdüyü maliyyə və hərbi yükü indi Aİ-nin çəkməli olduğunu düşünürlər.