AZ

Azərbaycan Mərkəzi Bankı “Algoritma”ya lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Algoritma" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə AzNews.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

Seçilən
15
11
aznews.az

10Mənbələr