AFFA "Turan Tovuz" klubunu yenə cərimələyib.

Offsideplus.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının XXV turunda "Zirə" ilə ev oyununda azarkeşlərin meydançaya kənar əşyalar atmasıdır.

Qurumun İntizam Komitəsi tovuzlulara 800 manatlıq cəza kəsib. 

Qeyd edək ki, Kurban Berdiyevin komandası "Zirə" ilə həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.

Xatırladaq ki, AFFA ötən ayın sonlarında qar yağması səbəbindən VAR sisteminin və canlı yayımın olmadığını əsas gətirərək "Şamaxı"ya qarşı görüşü təxirə salmağı xahiş edən "Turan Tovuz"u 20 min manat cərimələmişdi.