AZ

Keçmiş rəis müavininə şərti cəza verildi

Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəis müavini və baş mühəndisi Mehman Haşımova hökm oxunub. 

Hit.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə verilmiş ittihamdan imtina edib, onun 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə mühakimə olunan Mehman Haşımova 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəza sınaq müddəti seçilməklə şərti hesab edilib və Haşımov məhkəmə zalında həbsdən azad edilib. 

Məhkəmə keçmiş rəis müavininin xərçəng xəstələyindən əziyyət çəkdiyini nəzərə alaraq onu şərti cəzalandırıb. 

İttihama görə, Mehman Haşımov sakinlərdən biri tərəfindən inşa edilmiş yaşayış binasının su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz qoşulması müqabilində 3 min manat rüşvət alıb. 

Abbas

Seçilən
19
2
hit.az

10Mənbələr