AZ

Ədalət Şükürov dərdini evdəki it-pişiyə danışır? – VİDEO

Ədalət Şükürov “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın  oğlu Bartunun suallarını cavablandırıb. Bartu verdiyi suallarla ifaçını çətin duruma salıb.

 

KONKRET.az yenisabah.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Ədalət müəllim, bağ evi yoxsa bina?

– Adam var ki, bağ adamıdır. Mən təəssüf ki, deyiləm. Bina olsun.

– Ədalət Şükürovun həmişə ağlında qalan nədir?

–  Ağlımda qalan ağlımdır. O ağlı itirməyim.

– Qoca çinara bu günə kimi neçə balta dəyib?

–  O qədər… Adam var ki, adama sirrini aça bilmir, dənizə deyir. Ya da itə, pişiyə, ağaca. Bilir ki, cavab verməyəcək. Paradoksdur. Adam öz yaxın dostuna sirrini açıb deyə bilmir. Amma təyyarədə, qatarda tanış olduğu adama bütün sirləri deyir.

– Hazırda dünya kimindir? Yaxud kimlərindir?

– Dünya qalanlarındır.

– Ədalət Şükürov nə vaxtsa bağlı qapı arxasında qalıb?

– Olub.

– Atamla sizin haqda söhbət edəndə deyir ki, hər ölkədə dostu var. Bu qədər dostu necə qazanmısınız?

–  Dost qazanmaq çətindir. Bilirəm ki, Zaurun da dostları çoxdur. İnsan həyatının çoxunu valideynləri ilə yox, dostları ilə keçirir. Allah bütün dostların canını sağ etsin.

– Bahalı maşın, bahalı aksesuar, yoxsa bahalı həyat tərzi?

– Üçü də. Hər bir insan bu həyatda varlı olmaq istəyir. Elə bir adam yoxdur ki, kasıb olmaq istəsin. Hamı istəyir gözəl geyinsin, yaxşı evdə yaşasın və bahalı maşın sürsün.  Ona görə də hər bir kəsə o şəraitdə yaşamağı arzu edirəm.

– Rusiyada yaşadığınız vaxtlar, yoxsa Bakıda məşhur olduğunuz günlər?

– Mən fəxr edirəm ki, cavanlığım Rusiyada keçib, oranın çörəyini yemişəm. Qurban olum vətənimə..

– Bu zamana kimi nəyi asan əldə etmisiniz?

–  Bu həyatda heç nə asan əldə olunmur. Gərək işləyəsən. Kimsə desə ki, asanlıqla nə isə əldə etmişəm, yalan deyir.

– Son olaraq bir sual da verim. İkisindən yalnız birini seçə bilərsiniz. Manaf Ağayev yoxsa Vasif Məhərrəmov?

– İkisi də yaxınımdır. Birin o birindən ayırmaq çox çətindir. Başqa müğənni desəz, seçərdim. Ancaq onların ikisi də mənim üçün əzizdir.

Seçilən
20
1
konkret.az

2Mənbələr