Martın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, iclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib.
Nəticələrin bu gün açıqlanacağı gözlənilir.
"Cebheinfo.az"