AZ

Premyer Liqanın “ən”ləri

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25 turdan sonra ən az qol vuran kollektivdir.

Futbolpress.az-ın məlumatına görə, “kimyaçılar” 25 oyunda cəmi 22 qol buraxıb. Komanda eyni zamanda 49 qol buraxıb. Bu də çempionatın ən pis göstəricidir.

“Sumqayıt” çempionatda 6 qələbə qazanıb, 15 dəfə uduzub. Çempionatda bu sayda məğlub olan daha iki kollektiv var – “Kəpəz” və “Səbail”. Premyer Liqada 6 qələbəsi olan kollektivlərin sayı 4-dür. “Sumqayıt”la yanaşı, “Neftçi”, “Şamaxı” və “Kəpəz”dir.

Premyer Liqada daha bir maraqlı statistika isə “Sabah”la bağlıdır. Vasili Berezutskinin yetirmələri ən çox heç-heçə edən kollektivdir – 13 bərabərlik.

Çempionatın qələbə sayında ən yüksək göstəricisi “Qarabağ”dır. Lider 25 oyunda 19 qələbə qazanıb.

Şahin Cəfərov

Seçilən
12
futbolpress.az

1Mənbələr