AZ

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisas tətbiqinə yol verilməyəcək

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.

Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində qanunun 11-2.2-ci maddəsinin tələblərinə (korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisas tətbiqinə yol verilmir və s.) riayət olunmasını təmin edəcək və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Qanunun 11-2.2-ci maddəsində nəzərdə tutulmuş tədbirə (korrupsiya ilə əlaqədar məlumat verdiyinə görə qisas tətbiqi və s.) məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə biləcək.

İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilatın onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırması və həmin işçi attestasiyadan keçirildikdə səlahiyyətli struktur bölmənin nümayəndəsinin attestasiya komissiyasının iclasında iştirak etməsi tələbi aradan qaldırılır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Seçilən
5
14
day.az

10Mənbələr