AZ

Bu ölkə "TikTok"-u qadağan edib

Albaniya hökuməti Çində hazırlanan  "TikTok" sosial şəbəkə platformasını  bir il müddətinə qadağan edib.

"Cebheinfo.az" xəbər verir ki, Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu Nazirlər Şurasının iclasından sonra mövzu ilə bağlı mətbuata açıqlama verib.

Manastirliu qeyd edib ki, müzakirələrə səbəb olan "TikTok"-un  ölkə miqyasında bir il müddətinə müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edilib.

Nazir bildirib ki, qərar ölkədə 65 min valideynlə müzakirələrdən sonra verilib.

Bu arada, nazirliyin açıqlamasında giriş blokunun bir neçə gündən sonra başlayacağı və platformanın yetkinlik yaşına çatmayan istifadəçilər üçün təhlükəsizlik, yaş standartlarının tətbiqinəqədər davam edə biləcəyi açıqlanıb.

Seçilən
47
2
cebheinfo.az

3Mənbələr