
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Reyting.az Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, martın 4-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.