AZ

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan tərəfdə olmağa çalışır və bu, yolverilməzdir - Tural Abbasov- ÖZƏL

Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkədəki nümayəndəliyini bağlamaq niyyətindədir. 
Bu barədə BQXK-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Oreli Laşan məlumat verib.
  
"Hökumət bizə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti barədə məlumat verib", - deyə Laşan bildirib.
Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə təmaslar davam etdirilir.
Mövzu ilə bağlı politoloq Tural Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan və Ermənistan arasındakı münaqişəyə müdaxiləsi yolverilməzdir:
"Beynəlxalq Qızıl Xaç Komitəsi humanitar bir təşkilatdır. Onun siyasi proseslərə müdaxilə etməsi yolverilməzdir. Ancaq çox təəssüflə müşahidə edirik ki, Azərbaycan və Ermənistan arasında olan münaqişəli vəziyyətdə, qondarma Dağlıq Qarabağ probleminə münasibətdə Beynəlxalq Qızıl Xaç komitəsi öz səlahiyyətlərini aşaraq guya blokadaya oturmuş Qarabağ ermənilərinə dəstək verir və öz imkanları çərçivəsində onlara hədiyyə göndərirdilər. Məlum oldu ki, orda silah göndərmək cəhdləri də olub. Digər tərəfdən onlar bu münasibətləri biznes əlaqələri çərçivəsində istifadə etmək istəyirdirlər. Hətta siqarət məmulatlarını da göndərirdilər.
Bu təşkilat qeyri-siyasi olduğu halda Azərbaycan Ermənistan münaqişəsinə qərəzlə müdaxilə edir və Ermənistan tərəfində olmağa çalışırdılar. Qeyri-qanuni separatist rejiminin əmrlərini, tapşırıqlarını yerinə yetirmək yolverilməzdir. Sonda erməni təbliğatı yalandan, səs-küylə guya Azərbaycan dövləti onları blokadaya alması ilə bağlı istila kampaniyası baş tutanda bəlli oldu ki,  Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri onların xüsusi missiyaları vasitəsilə təxribat yönümlü  işlərə  pul qoyurlar. Təbii ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti olaraq məlumatlı idik və bilirdik ki, belə işlərə rəvac vermək olmaz çünki Beynəlxalq Xaç Komitəsi  onlara həmdə mənəvi-siyasi dəstək verməyə çalşırdı. Bu qətiyyən qeyri-məqbul bir yanaşma idi. Azərbaycan höküməti Qarabağ erməniləri ilə dialoqa başlamağa hazır idi, xüsusi nümayəndə-millət vəkili Ramin Məmmədov  təyin edilmişdi. Bizim çoxsaylı cəhdlərimiz bir qayda olaraq ləğv edilirdi.  Silahlanmış separatistlər, onların içində terrorçu dəstələr, ermənistan ordusunun qulluqçuları, onların birləşmələri var idi. Onlar silahlarına əmin olaraq Azərbaycana meydan oxumağa çalışırdılar. Beynəlxalq Qızıl Xaç Komitəsi də onlara dəstək verirdilər. Biz bu porseslərlə bağlı münasibətimizi bildirdik və anlatdıq ki, belə işlər yolverilməzdir. Əgər Beynəlxalq Qızıl Xaç Komitəsi yumşaq gücdən istifadə edirsə, gərək bu çərçivədən bir addım kənara qoymasın. Amma onlar  o çəçivələri genişləndirir ki, özbaşınalıq etsinlər, terrorçulara dəstək gətirsinlər, onların mesajlarını bir-birinə çatdırsınlar. Bu proseslərin gərginliyini artırır. Azərbaycanın bu mövqeyi qanunlar çərçivəsindədir. Bizim ölkəmiz humanitar təşkilatlarla münasibətlər qura bilir və biz dövlət  olaraq yumşaq gücün istifadəsinə önəm veririk. 80-dən artıq dövlətə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndə biz kömək etmişdik, Covid-19 dövründə biz tibbi ləvazimatı olmayanlara yardımlar göstərmişik. Yumşaq güc həqiqətn ehtiyacı olanlara dəstək göstərməkdir.  Bugün Azərbaycanın gördüyü xeyirxah işlərin hamısının əks -sədası var. Bizdən köməklik alan ölkələr bu haqda məlumatlıdırlar və bütün dünyanı məlumatlandırırlar. Ona görə Azərbaycana heç bir iddia ola bilməz.  Azərbaycan elə işlərdə öz izlərini qoymuyub ki, Azərbaycanla bağlı hər hansı ölkələr, dövlətlər birliyi, humanitar təşkilatlar bizlə münasibətlırini gərgin müstəvidə aparsınlar. Azərbaycan münasibətlərini, davranışlarını sağlam həyata keçirir,  qeyri-sağlam işlərə qol qoymur.  Ona görə də bizim təsirlərimiz və iştirakımız yalnız müsbət hal alıb .Gərək ki, bizə olan təsir də müsbət olsun".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr