AZ

Naxçıvana quru yolu bu istiqamətdə açılır: SEVİNDİRİCİ XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Türkiyəyə səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutan bu səfər zamanı gündəmin əsas məsələlərindən biri İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı və Zəngəzur dəhlizinin reallaşmasıdır.

Bu səfər iki qardaş ölkə arasındakı strateji əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin əsas gündəm mövzularından biri İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır. Bu layihə Azərbaycanın Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi inkişafına da töhfə verəcək.

Bununla yanaşı, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrin aparıldığı da gözləntilər arasındadır. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyənin Orta Asiya ilə birbaşa quru əlaqəsini təmin edəcək. Ankara və Bakı üçün strateji əhəmiyyətə malik olan bu layihənin reallaşması regional nəqliyyat və ticarət imkanlarını genişləndirəcək.

Maraqlıdır, sözügedən dəhlizin reallaşması nə zamana təsadüf edə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Türkiyə üçün Zəngəzur dəhlizi hər zaman aktual olaraq qalır və bu layihə reallaşana qədər müzakirələr davam edəcək:

"Türkiyə regional güc kimi öz təsirini qoruyur və artırır, Azərbaycan isə Cənubi Qafqazın əsas həlledici dövlətlərindən biri olaraq çıxış edir. Əgər məsələyə daha geniş aspektdən – Orta dəhliz çərçivəsində baxsaq, Azərbaycan və Türkiyə bu marşrutun əsas tənzimləyici aktorlarıdır. Bu baxımdan, İlham Əliyevin Ankaraya səfəri və Türkiyə Prezidenti ilə görüşü olduqca mühüm hadisədir. Dəhlizin açılması artıq çox gec görünmür və yaxın günlərdə bu istiqamətdə konkret addımların atılması mümkündür" – deyə politoloq vurğulayıb.

Politoloqun sözlərinə görə, dünya siyasətində dəyişən şərtlər, xüsusilə də Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi regionda ciddi geosiyasi proseslərin formalaşmasına yol açır. O qeyd edir ki, Rusiya və ABŞ müəyyən məsələlərdə qarşılıqlı maraqları nəzərə alaraq hərəkət etməyə çalışırlar və bu fonda Azərbaycan və Türkiyə də dəyişən qlobal siyasi nizamda öz mövqelərini gücləndirmək istəyirlər:

"Səfərin əsas gündəm mövzularından biri olan İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycan üçün strateji önəm daşıyır və Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayacaq. Bu qaz kəməri Naxçıvana alternativ enerji mənbəyi yaradacaq və bu regionun davamlı inkişafına töhfə verəcək. Layihə həmçinin Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin daha da güclənməsinə səbəb olacaq".

Asif Nərimanlı qeyd edib ki, Naxçıvana quru yolunun açılması Azərbaycan üçün prioritet məsələlərdən biridir və bu, yalnız Zəngəzur dəhlizinin reallaşması ilə mümkün olacaq. Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqəsini bərpa etməklə yanaşı, Türkiyə ilə Orta Asiyanı birləşdirən mühüm marşrutun formalaşmasına imkan yaradacaq.

"Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar regionun siyasi və iqtisadi mənzərəsini dəyişmək potensialına malikdir. Azərbaycanın Naxçıvanla quru bağlantısının təmin edilməsi, Zəngəzur dəhlizinin açılması və İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi strateji baxımdan mühüm mərhələlərdən biridir və bu, iki qardaş ölkənin gələcək əməkdaşlığında yeni perspektivlər açacaq".

Seçilən
18
4
paytaxt.org

5Mənbələr