Bakı. Trend:
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə yeni cərimələrmüəyyənləşdirilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, müntəzəm və qeyri-müntəzəm (çarter)marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görəfiziki şəxslər 3000 manat məbləğində, vəzifəlişəxslər 5000 manat məbləğində, hüquqi şəxslər10 min manat məbləğində cərimə ediləcək.
Kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismartələblərinə uyğun olmayan sınaqların və qəza şəraitininimitasiyasının aparılmasına görə fiziki şəxslər 4000 manatməbləğində, vəzifəli şəxslər 8000 manatməbləğində, hüquqi şəxslər 20 min manatməbləğində cərimə ediləcək.
Təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanısistemlərin, mühərrikin və avadanlığın sıradan çıxması hallarınınimitasiya edilməsinə görə fiziki şəxslər 4000 manatməbləğində, vəzifəli şəxslər 8000 manatməbləğində, hüquqi şəxslər 20 min manatməbləğində cərimə ediləcək.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, havagəmisinin istismarçılarına xidmət göstərən texniki xidməttəşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edəntəchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsisisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinəgörə fiziki şəxslər 2000 manat məbləğində,vəzifəli şəxslər 6000 manat məbləğində, hüquqişəxslər 8000 manatdan 10 min manatadək məbləğdəcərimə ediləcək.
Uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrəqeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına vəkənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manatməbləğində cərimə ediləcək.
Heyət üzvü uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr,psixotrop maddələr və onların prekursorlarını və ya uçuşlarıntəhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbuletdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilənxəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinəgörə 3000 manat məbləğində cərimə ediləcək.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrədaimi komissiyanın fəaliyyətinə, o cümlədən aviasiya hadisələrininvə ya insidentlərinin araşdırılmasına və araşdırmanın nəticələrinədair hesabatın tərtib edilməsinə müdaxilə olunmasına görə fizikişəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər5000 manat məbləğində, hüquqi şəxslər 10min manat məbləğində cərimə ediləcək.
Şəhadətnamə, vəsiqə və sertifikata malik olmayan və ya digərdövlətdə verilən, müvafiq qaydada tanınmalı olan analoji sənədəmalik olmayan şəxslərin mülki aviasiya personalı qismində fəaliyyətgöstərməsinə görə fiziki şəxslər 3000 manatməbləğində, vəzifəli şəxslər 5000 manatməbləğində, hüquqi şəxslər 20 min manatməbləğində cərimə ediləcək.
Hava gəmilərinin uçuş və kabinə heyətlərinin, habeləaeronaviqasiya xidmətlərinin təmin edilməsinə cəlb olunan havadahərəkəti idarəetmə dispetçerlərinin ixtisaslarına uyğun müvafiqtəlim, hazırlıq və tibbi yoxlamadan keçirilməsinin təminedilməməsinə görə fiziki şəxslər 4000 manatməbləğində, vəzifəli şəxslər 8000 manatməbləğində, hüquqi şəxslər 30 min manatməbləğində cərimə ediləcək.
Müvafiq icazə alınmadan model pilotsuz uçuş aparatı klubu və yaassosiasiyasının fəaliyyət göstərməsinə görə fiziki şəxslər3000 manat məbləğində, vəzifəli şəxslər5000 manat məbləğində, hüquqi şəxslər 8000manat məbləğində cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) yaratdığı mərkəzin icazəsi olmadan nəzarət olunan havaməkanında və aerodromyanı ərazidə mülki pilotsuz uçuş aparatısistemləri əməliyyatlarının həyata keçirilməsinə görə fizikişəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər7000 manat məbləğində, hüquqi şəxslər 15min manat məbləğində cərimə ediləcək.
Məsafədən idarə edən pilotun (operatorun) əməliyyatındayandırılması və ya dəyişdirilməsi ilə əlaqədar müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığımərkəzin verdiyi göstərişi dərhal yerinə yetirməməsinə görə fizikişəxslər 4000 manat məbləğində, vəzifəli şəxslər7000 manat məbləğində, hüquqi şəxslər 17min manat məbləğində cərimə ediləcək.
Məcəllənin 294-4.2-ci maddəsində nəzərdə tutulan hal istisnaolmaqla, hava gəmisi istismarçılarının hava gəmilərini və onlarınistismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətinisığortalamadan hava gəmisindən istifadə etməsinə görə fizikişəxslər 5000 manat məbləğində, vəzifəli şəxslər10 min manat məbləğində, hüquqi şəxslər 50manat məbləğində cərimə ediləcək.
Pilotsuz uçuş aparatı istismarçılarının pilotsuz uçuş aparatınıvə onun istismarı ilə əlaqədar vurulan zərərə görə öz məsuliyyətinisığortalamadan pilotsuz uçuş aparatından istifadə etməsinə görəfiziki şəxslər 3000 manat məbləğində, vəzifəlişəxslər 5000 manat məbləğində, hüquqi şəxslər10 min manat məbləğində cərimə edilir.
Aviasiya personalının peşəyə yararlılığının müəyyən edilməsininsertifikatlaşdırılmayan tibb müəssisələri və onların əməkdaşlarıtərəfindən həyata keçirilməsinə görə vəzifəli şəxslər 5000manatdan 8000 manatadək məbləğdə, hüquqi şəxslər20 min manatdan 30 min manatadək məbləğdə cəriməediləcək.
Mülki hava limanları və (və ya) aerodromlar, habelə helikoptermeydançalarının sertifikatlaşdırılmadan istismarına görə fizikişəxslər 3000 manatdan 4000 manatadək məbləğdə,vəzifəli şəxslər 7000 manatdan 9000 manatadəkməbləğdə, hüquqi şəxslər 20 min manatdan 40 minmanatadək məbləğdə cərimə ediləcək.
Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habeləsistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə,istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatlarınsertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəlişəxslər 7000 manatdan 9000 manatadək məbləğdə,hüquqi şəxslər 20 min manatdan 40 min manatadəkməbləğdə cərimə ediləcək.
Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların vəya mülki hava gəmilərinin və onların komponentlərinin uçuşayararlılığının saxlanılmasını idarə edən təşkilatlarınsertifikatlaşdırılmadan fəaliyyət göstərməsinə görə vəzifəlişəxslər 7000 manatdan 9000 manatadək məbləğdə,hüquqi şəxslər 20 min manatdan 40 min manatadəkməbləğdə cərimə edilcək.
Sertifikatlaşdırılmamış aviasiya avadanlıqlarından vəvasitələrindən istifadəyə görə avadanlıqlar və vasitələr müsadirəedilməklə və ya edilməməklə, fiziki şəxslər 2000 manatməbləğində, vəzifəli şəxslər 5000 manatməbləğində, hüquqi şəxslər 50 min manatməbləğində cərimə ediləcək.
Yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar havagəmilərinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayətetməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərvurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadəkməbləğdə cərimə ediliəcəkvə ya işin halları və pozuntutörədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədəkmüddətə inzibati həbs tətbiq olunacaq.
Təhlükəli yüklərin, hərbi silah və sursatların daşınmaqaydalarının pozulmasına görə təhlükəli yüklər, hərbi silah vəsursatlar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər250 manat məbləğində, vəzifəli şəxslər 500manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.
Radioaktiv tullantıların, yenidən istifadəyə yararlı işlənmişnüvə yanacağının, qanunvericiliklə müəyyən edilən siyahıya müvafiqtoksik və digər təhlükəli tullantıların, digər radioaktiv maddələrvə nüvə materiallarının, təkrar istifadə edilə bilinməyənqeyri-toksik tullantıların, habelə istifadəsi və təkrar istifadətexnologiyası ekoloji təhlükə yaradan maddələrin hava yolu ilədaşınmasına görə fiziki şəxslər 4000 manatməbləğində, vəzifəli şəxslər 8000 manatməbləğində, hüquqi şəxslər 15 min manatməbləğində cərimə ediləcək.
Təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməyənpersonalın təhlükəli yüklərin hava yolu ilə daşınmasına cəlbedilməsinə görə fiziki şəxslər 1 500 manatməbləğində, vəzifəli şəxslər 3000 manatməbləğində, hüquqi şəxslər 10 min manatməbləğində cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.