AZ

Kaluqada üzərində 17 balıqçının olduğu buz parçası sahildən qopub

Rusiyanın Kaluqa vilayətində üzərində 17 balıqçının olduğu buz parçası Oka çayının sahilindən qopub.

“Report” xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

"Oka çayında üzərində təxminən 20 balıqçının olduğu buz parçası qopub. Hadisə yerinə gələn xilasetmə bölmələri sahildən 50-70 metr məsafədə olan buz parçasının üzərində 17 nəfərin olduğunu müəyyən edib", - məlumatda qeyd olunub.

Seçilən
11
report.az

1Mənbələr