AZ

“Hər kəs nüvə silahından imtina etsə…” – Tramp Rusiya və Çini nüvə tərksilahına çağırıb

ABŞ prezidenti Donald Tramp dünya güclərini nüvə silahından qurtulmağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Rusiya və Çinlə nüvəsizləşdirmə üzrə danışıqlara başlamağı planlaşdırır.

“Mən bilirəm ki, Rusiya və bizdə onlardan daha çox var, Çin dörd-beş il ərzində eyni miqdara sahib olacaq, əgər biz hamımız nüvə silahından qurtula bilsək, əla olardı, çünki onların gücü ağılsızdır”, – Tramp Ağ Evdə çıxışı zamanı deyib.

Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya və ABŞ dünya nüvə silahlarının təxminən 90%-nə nəzarət edir və Çin son bir ildə öz arsenalını əhəmiyyətli dərəcədə genişləndirib.

Tramp dəfələrlə nüvə arsenallarının azaldılmasının tərəfdarı olub. O xatırladıb ki, o, ilk prezidentlik dövründə Rusiya və Çinlə nüvə tərksilahını müzakirə edib. Onun sözlərinə görə, Çin lideri Si Cinpin də bu istiqamətdə hərəkət etməkdən “çox şad olardı”.

Yanvarın sonunda Tramp bildirib ki, Rusiya, ABŞ və Çinin nüvəsizləşdirilməsi bütün dünya tərəfindən dəstəklənəcək. Fevralın ortalarında o, Putin və Çinpinlə hərbi xərclərin azaldılması və nüvə silahlarına nəzarətlə bağlı danışıqlar aparmaq istədiyini söyləyib.

“Biz hamımız daha məhsuldar olan başqa şeylərə sərf edə biləcəyimiz çoxlu pul xərcləyirik. Hərbi ehtiyaclara təxminən 1 trilyon xərcləmək üçün heç bir səbəb yoxdur”, – Tramp deyib.

Qeyd edək ki, ABŞ və SSRİ, sonra isə Rusiya strateji hücum silahlarının azaldılması ilə bağlı bir neçə müqavilə imzalayıblar: START-1 (1991, müddəti 2009-cu ildə başa çatıb), START-2 (1993-cü ildə bağlanıb, lakin heç vaxt qüvvəyə minməyib) və sonuncusu 2010-cu ildə START-3. Lakin 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin ölkənin 2026-cı ilə qədər uzadılan son razılaşmada iştirakının dayandırıldığını elan etdi.

Putin Trampın Moskva və Vaşinqtonun müdafiə xərclərini 50% azaltması ideyasını dəstəkləyib. Ötən ilin dekabrında Rusiya prezidenti ölkənin müdafiə qabiliyyətinin artırılmasına ayrılan xərcləri ÜDM-in 6,3%-i səviyyəsində qiymətləndirərək qeyd edib ki, digər sahələri də (iqtisadiyyat, elm, təhsil və səhiyyə) inkişaf etdirmək lazımdır:

Kreml bəyan edib ki, Rusiya ilə ABŞ arasında nüvə tərksilahına dair razılaşmalar əldə olunması bütün dünyanın maraqlarına cavab verəcək.

Seçilən
16
ictimairey.az

1Mənbələr