AZ

Elnur Fərzəliyev: “Bakı şəhərində yeni rayon mərkəzləri salınacaq”

Bakı şəhərində yeni yollar, inzibati binalar inşa olunacaq, yeni parklar salınacaq. Buna paralel olaraq, həmçinin paytaxtda yeni rayon mərkəzlərinin tikilməsi də nəzərdə tutulur”.

KONKRET.az xəbər verir ki, bunu “TV1”-ə özəl açıqlamasında Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bütün bu yeniliklər 2040-cı ilə qədər həyata keçiriləcək:

“Bakı şəhərinin Baş Planı var. Həmin planda olan bütün infrastrukturlar 2040-cı ilədək inşa olunacaq. Bura yaşayış binaları da daxil olmaqla, digər infrastrukturların da tikintisi nəzərdə tutulur”.

Seçilən
21
konkret.az

1Mənbələr