AZ

İsrail Təhlükəsizlik Kabineti Qəzza sakinlərinin köçürülməsini müzakirə edəcək


İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağından fələstinlilərin könüllü şəkildə başqa bir ölkəyə köçürülməsinin mümkünlüyünü müzakirə etmək və təsdiqləmək üçün iclas keçirəcək.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qeyd edilib ki, iclasda həmçinin bu cür köçürmələri asanlaşdırmaq üçün Müdafiə Nazirliyində xüsusi idarəetmə qurulması planlaşdırılır.

Seçilən
4
1
apa.az

2Mənbələr