AZ

Ehtiyatda olan hərbçilər bu hallarda 700 manatadək cərimə ediləcək

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə cərimələr müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Seçilən
17
6
editor.az

6Mənbələr