AZ

Bunu edən şəxslər 100 manat cərimə ediləcək

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırmaya görə cərimə artırılır.

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra icra hakimiyyəti orqanına gəlməməsinə görə 100 manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub./trend

Seçilən
51
7
turkustan.az

8Mənbələr