AZ

Lebron Ceyms qələbə sayına görə NBA tarixində üçüncü yerə yüksəlib

Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in oyunçusu Lebron Ceyms qazandığı qələbələrin sayına görə turnir tarixində üçüncü pilləyə yüksəlib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu komandasının "Nyu York"a qarşı keçirdiyi matçda (113:109) reallaşdırıb.

L.Ceyms bu göstəricidə "San Antonio"nun əfsanəsi Tim Dankanı geridə qoyub. Basketbolçunun hesabında hazırda 1002 qələbə var.

Kərim Abdul Cabbarın (1074) liderlik etdiyi siyahıda ikinci pillədə Robert Periş (1014) qərarlaşıb.

Qeyd edək ki, L.Ceyms bu mövsüm NBA-da 57 oyunda iştirak edib, orta hesabla 25,1 xal, 8,1 ribaund və 8,5 assistlə yadda qalıb.

Seçilən
20
report.az

1Mənbələr