Transfermarkt portalındakı bazar dəyərinə görə hazırkı Azərbaycan millisinin ən bahalı “11-liy”i bəlli olub. Sport24.az-ın məlumatına görə, komanda 4-2-3-1 taktiki sxemi ilə qurulub.
Qapıçı: Rza Cəfərov (“Neftçi”, 900 min avro)
Müdafiəçilər: Toral Bayramov (1.2 milyon avro), Elvin Cəfərquliyev (900 min avro), Bəhlul Mustafazadə (600 min avro) – hər üç futbolçu “Qarabağ”, Amin Seydiyev (800 min avro, “Sabah”).
Dayaq yarımmüdafiəçiləri: Səbuhi Abdullazadə (850 min avro, “Sumqayıt), Emin Mahmudov (“Neftçi”, 700 min avro)
Hücumameyilli yarımmüdafiəçilər: Aleksey İsayev (900 min avro, “Qarabağ”), Ramil Şeydayev (900 min avro), Nəriman Axundzadə (1.8 milyon avro, “Qarabağ”)
Hücumçu: Mahir Emreli (800 min avro, “Nürnberq)
Qeyd edək ki, “11-lik” tərtib olunarkən UEFA Millətlər Liqasının sonuncu turunda İsveçə qarşı oyun (0:6) üçün dəvət alanlar nəzərə alınıb.