AZ

Təkmilləşdirilmiş AH-64E helikopteri Böyük Britaniya Ordusuna təhvil verilib

ABŞ-ın “Boeing” şirkəti təkmilləşdirilmiş 50-ci AH-64E “Apache” ağır döyüş helikopterini Böyük Britaniya Ordusuna təhvil verib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bununla da AH-64E helikopterlərinin Böyük Britaniya Ordusuna tədarükü tamamlanıb.

Qeyd edək ki, təkmilləşdirilmə nəticəsində Böyük Britaniya Ordusunun 50 ədəd AH-64D model “Apache” helikopteri AH-64E konfiqurasiyasına yüksəldilib.

Seçilən
29
poliqon.az

1Mənbələr