İranın Yəzd şəhərində sünni məzhəbli etnik bəlucların məscid və ibadət yerləri bağlanıb.
İNFOAZ.WS xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı sünni bəluclara məxsus onlarla iş yerinin də fəaliyyətinə qadağa qoyulub.
“Bu, Yəzddə sünni bəluclara qarşı ilk geniş təzyiq hadisəsidir”, – deyə vurğulanıb.
Qeyd edək ki, son vaxtlar İran hökuməti sünni bəlucların şiələşdirilməsi prosesini sürətləndirib və bu planın icrası üçün çox sayda şiə din xadimini bölgəyə göndərib. Bununla yanaşı yoxsul bölgələrdə yaşayan aztəminatlı bəlucların məzhəblərini dəyişdirmələri üçün şirnikləndirici vədlər və əlavə imtiyazlar verilir.