AZ

Çin XİN ABŞ-yə xəbərdarlıq etdi

Çinin Xarici İşlər Naziri Van Yi ABŞ-nin Pekinə təzyiq göstərdiyi halda Çinin qətiyyətli cavab tədbirləri görəcəyini bildirib.

"Əgər əməkdaşlıq etsək, qarşılıqlı fayda əldə edərik. Ancaq davamlı təzyiq göstərilərsə, Çin qəti tədbirlər görəcək", – deyə o vurğulayıb.

BAKU.WS xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb. 

Nazir eyni zamanda, Çin və ABŞ arasındakı münasibətlərin sabit, sağlam və davamlı inkişafı üçün Pekinin çalışacağını qeyd edib.

Bundan öncə Van Yi, Çin və Rusiya arasındakı dostluğun dəyişməz qaldığını və bu əlaqələrin hər iki xalqın maraqlarına uyğun olduğunu bildirmişdi.

Seçilən
2
1
far.az

2Mənbələr