AZ

Bakıda demensiya xəstəsi olan qadın itkin düşdü - Polis hərəkətə keçdi

İtkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

***10:04

Bakıda 78 yaşlı qadın itkin düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, demensiyadan əziyyət çəkən Qordeeva Taisiya Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 184 ünvanında yerləşən mağazalardan birindən çıxaraq itkin düşüb. 

Hadisə barədə polisə də məlumat verilib. Onu görənlərdən xahiş olunur ki, polisə məlumat versinlər.

Seçilən
5
1
far.az

2Mənbələr