AZ

Alman polisi insanları bıçaqla hədələyən əfqanı GÜLLƏLƏDİ

Alman polisi insanları bıçaqla hədələyən əfqan kişini güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə “BİLD” məlumat yayıb.

Hadisə Şönebekdə (Saksoniya-Anhalt) baş verib. Mövcud məlumata görə, səhər saat 4:30 radələrində 26 yaşlı əfqan yaşayış binasının pilləkən qəfəsində almaniyalını bıçaqla hədələyib. Bu davranışın səbəbləri, bir-birlərini tanıyıb-tanımadıqları hələ də məlum deyil.

Hadisə şahidləri mübahisəni görüb və polisə müraciət ediblər. Cinayət axtarış idarəsinin xüsusi təyinatlıları gələndə əfqan onları bıçaqla hədələməyə başlayıb.

“Onlar şübhəli şəxsə atəş açıblar. O, daha sonra xəstəxanada dünyasını dəyişib”, – polis bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr