AZ

"Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına dair beş prinsip müəyyənləşdirib" - BBC

"Atəşkəs yalnız hərtərəfli sülh sazişinə aparan yolun bir hissəsi olduğu təqdirdə mümkündür..."
 
Avropa İttifaqına üzv dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı mümkün sülh danışıqlarına dair beş əsas prinsip üzərində razılığa gəlib
 
Moderator.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa Şurasının qeyri-rəsmi iclasının yekun hesabatında qeyd olunur. Məlumatı "bbc.com" nəşri yayıb.
 
Məlumatda deyilir ki, danışıqlara dair yeni təşəbbüslər nəzərə alınaraq, onların ədalətli, hərtərəfli və uzunmüddətli sülhə gətirib çıxarmalı olduğu vurğulanıb. Bu kontekstdə Avropa İttifaqı liderləri aşağıdakı beş prinsipi əsas götürüb:
 
1. Ukraynasız Ukrayna haqqında danışıqlar ola bilməz.
 
2. Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyinə dair danışıqlar mümkün deyil (Ukraynanın və Avropanın təhlükəsizliyi, transatlantik və qlobal təhlükəsizlik bir-biri ilə sıx bağlıdır).
 
3. İstənilən atəşkəs və ya döyüş əməliyyatlarının dayandırılması yalnız hərtərəfli sülh sazişinə aparan prosesin bir hissəsi olduqda həyata keçirilə bilər.
 
4. Belə bir saziş Ukraynaya etibarlı və güvənilən təhlükəsizlik təminatları verməli, gələcəkdə Rusiyanın yeni hücumlarının qarşısını almalıdır.
 
5. Sülh Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam hörmətlə nəzərə almalıdır.
 
Hesabatda vurğulanıb ki, "güc yolu ilə sülh" yalnız Ukraynanın mümkün olan ən güclü mövqedə olması ilə mümkündür. Bunun üçün isə onun etibarlı hərbi və müdafiə potensialı əsas komponentdir. Bu, danışıqlardan öncə, danışıqlar zamanı və ondan sonra da nəzərə alınmalıdır.
 
Avropa İttifaqı tərəfdaşlar və müttəfiqlərlə birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini gücləndirməkdə qərarlıdır. Bununla yanaşı, yeni sanksiyalar tətbiq etməklə və mövcud məhdudiyyətlərin icrasını artırmaqla Rusiyanın müharibəni davam etdirmə qabiliyyətini zəiflətməyə çalışacaq.
 
Ukraynaya maliyyə və hərbi dəstək
 
2025-ci ildə Avropa İttifaqı Ukraynaya 30,6 milyard avro həcmində maliyyə yardımı ayıracaq. Bunun 12,5 milyard avrosu "Ukraine Facility" təşəbbüsü çərçivəsində ödəniləcək. Daha 18,1 milyard avro isə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən və Böyük Yeddilik (G7) ölkələrinin ERA proqramı çərçivəsində Ukraynaya veriləcək vəsaitdən ibarət olacaq.
 
Avropa Şurası həmçinin Ukraynaya hərbi dəstək göstərilməsi istiqamətində görülən işləri nəzərdən keçirib. Avropa İttifaqı liderləri Ukraynanın təcili hərbi və müdafiə ehtiyaclarının ödənilməsi üçün səylərin sürətləndirilməsini alqışlayıb. Xüsusilə, hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və raketlərin tədarükü, Ukrayna briqadalarının lazımi təlim və təchizatı üzrə tədbirlər dəstəklənəcək.
 
Hesabatda deyilir:
 
"Avropa Şurası Avropa Komissiyasını, xüsusilə Avropa İttifaqının yüksək nümayəndəsi Kaya Kallas tərəfindən irəli sürülən təşəbbüslər çərçivəsində Ukraynaya hərbi dəstəyin koordinasiyasını sürətləndirməyə çağırır. Bu, eyni zamanda, G7 ölkələrinin ERA proqramı çərçivəsində hərbi ehtiyacların təmin edilməsinə də aiddir".
 
Bundan əlavə, Avropa İttifaqı və üzv dövlətlər Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinə daha çox töhfə verməyə hazır olduqlarını bildirib. Bu, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, ümumi təhlükəsizlik və müdafiə siyasəti alətlərinin mümkün istifadəsini nəzərdən keçirməklə həyata keçirilə bilər.
 
Zelenskinin sülh konsepsiyası
 
Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinin liderlərinə sülhə aparan əsas addımları təqdim edib. Onun sözlərinə görə, müharibənin yeganə mənbəyi olan Rusiya münaqişənin başa çatdırılmasının zəruriliyini qəbul etməlidir. 
 
Bunun təsdiqi olaraq, enerji infrastrukturu və digər mülki obyektlərə hücumların dayandırılması, yəni raket, bomba və uzaqmənzilli pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı atəşkəs elan edilməlidir. Həmçinin Qara dənizdə hərbi əməliyyatlar dayandırılmalıdır.
 
Danışıqların şəffaf aparılması və etibarlı şəraitdə keçirilməsi üçün əsaslı etimad formalaşmalıdır. Zelenskinin fikrincə, əsirlərin azad edilməsi bu etimadın qurulması üçün ilkin addım ola bilər.
Seçilən
9
moderator.az

1Mənbələr