AZ

SOCAR-ın 200 milyon dollar həcmində "Yaşıl" istiqrazları emissiyası tarixə düşdü

"Yaşıl" təyinatlı SOCAR istiqrazlarının abunə yazılışının yekunlaşması ilə bağlı tədbirdə iştirak etdik”.

Finss.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

O, qeyd edib ki, Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir:

“Yaşıl istiqrazlarla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək”.

M.Cabbarov vurğulayıb ki, istiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür. Ümumi həcmi 200 milyon dollar olan bu istiqrazlar ölkə tarixində ən böyük emissiyadır:

“Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik”.

Fuad Mədətov
Finss.az

Seçilən
52
1
fins.az

5Mənbələr