AZ

Volkswagen-lərdə problem: 177 min avtomobil geri çağırılacaq

Almaniyanın avtomobil istehsalçısı Volkswagen, mühərrik qapağının boşalması riski ilə əlaqədar ABŞ-da 177 min 493 krossover SUV modelini geri çağıracaq.

Marja xəbər verir ki, qərar cümə günü ABŞ-ın Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) tərəfindən açıqlanıb.

Məlumata görə, mühərrik qapağı texniki xidmətdən sonra səhv quraşdırılarsa, o, boşalıb mühərrikin isti səthləri ilə təmasda ola bilər və bu da yanğın riskini artırır.

Geriçağırma 2024 və 2025-ci il modellərinə aid bəzi Atlas və Atlas Cross Sport avtomobillərini əhatə edir.

Volkswagen dilerləri problemi aradan qaldırmaq üçün mühərrik qapağını pulsuz dəyişdirəcəklər.

Seçilən
8
3
marja.az

4Mənbələr