Avstraliyanın şərq sahillərinə yaxınlaşan Alfred tropik siklonu səbəbindən Kvinslend və Yeni Cənubi Uelsdə məktəblər bağlanıb.
Publika.az xəbər verir ki, Avstraliyanın şərqinə sürətlə yaxınlaşan Alfred tropik siklonu Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarında həyata mənfi təsir göstərməyə başlayıb.
Siklonunun şərqdəki Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarına yaxınlaşması ilə əlaqədar Avstraliyada məktəblər bağlanıb.
Səlahiyyətlilər siklonun proqnozlaşdırılan yolunda 4 milyondan çox insanın yaşadığını vurğulayıb. Siklondan təsirlənəcəyi gözlənilən bölgədə ictimai nəqliyyat xidmətlərinin dayandırıldığı və təhlükə aradan qalxana qədər xəstəxanaların təcili əməliyyatlar istisna olmaqla fəaliyyət göstərməyəcəyi bildirilib.